Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Deputat: Azərbaycan və Özbəkistan prezidentləri bu gün eyni strateji nöqtədə birləşib

User 15 Noyabr 2025 - 15:12 (Last updated: 15 Noyabr 2025 - 15:42)
691859a36dae1691859a36dae2176320349185adc986f2a4da544e213bb9edf49a64

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dünyaya nümunə olacaq bir yol açıblar.

APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Respublikasının Ali Məclisinin deputatı Cəmilə Şermuxamemmedova bildirib.

Deputat deyib ki, bu gün böyük və kiçik ölkə anlayışı öz aktuallığını itirib: “Sadəcə ölkələr var və hər birinin öz kimliyi mövcuddur. Bu kimlik milli dəyərləri, mənəvi–mədəni irsi, tarixi, inkişaf yolunu və beynəlxalq münasibətlər sistemindəki yerini müəyyənləşdirir. Bu gün Azərbaycan və Özbəkistan arasında formalaşan əlaqələr də məhz belə bir mənəvi körpüdür, bu körpü xalqlarımızın dünyaya öz baxışını, münasibətini və mədəniyyətini çatdırır”.

Cəmilə Şermuxamemmedova qeyd edib ki, Azərbaycan və Özbəkistan onun üçün iki doğma evdir: “Bu xalqlara olan sevgini bir-birindən ayırmaq mümkün deyil. Nizami Gəncəvi, Əlişir Nəvai kimi dahilərin irsini oxumadan, onlardan ilham almadan mənəvi və fəlsəfi düşüncə mümkün deyil. Ona görə də düşünürəm ki, həm Prezident İlham Əliyev, həm də Prezident Şavkat Mirziyoyev bu gün eyni strateji nöqtədə birləşiblər. Söhbət dostluq körpüsünü daha da möhkəmləndirməkdən gedir. Çünki bizə iqtisadi inkişaf da, regional əməkdaşlıq da lazımdır. Xəzər dənizi Azərbaycanın iqtisadi inkişafının təməli olduğu kimi, bu əməkdaşlıq da iki xalqın ümumbəşəri dostluğunun göstəricisidir. Keçmişin və bu günün siyasi tarixini araşdıranda görürəm ki, bu iki lider — iki böyük siyasi fenomen dünyaya nümunə olacaq bir yol açıblar. Tanrı xalqlarımıza zəngin yerüstü və yeraltı sərvətlər verib. Bu nemətlər bizim üçün bir imtahandır və biz onları göz bəbəyi kimi qorumalıyıq. Bu gün prezidentlər – həm Şavkat Mirziyoyev, həm də İlham Əliyev düzgün strategiya seçiblər və doğru yolda irəliləyirlər. Xalqımız da bunu ürəyi ilə hiss etməli, bu yolu dəstəkləməlidir. Hər iki dövlət düzgün strategiya yürüdür, fenomenal bir yol açıb və bu yol gələcəkdə bütün dünyaya nümunə olacaq. Əgər həm Özbəkistanın, həm Azərbaycanın minilliklərlə ölçülən birgə tarixi varsa, deməli yolumuz da, taleyimiz də eynidir”.

AzPost.az

Post navigation

Previous: Ən faydalı süd növü açıqlandı
Next: Mərkəz rəhbəri: Orta Dəhlizlə bağlı prosesdə Azərbaycan lider rolunu oynayır

Oxşar xəbərlər

sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25

xƏBƏR

Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
Avropa noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli görüşdə iştirak edə bilməyəcək. Bunu Rusiya prezidentinin...
Read more about Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı
Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.