Deputat Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasını təklif edib

“Biz Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq. Tahir müəllim (Tahir Mirkişili-red.) müvafiq dövlət qurumları ilə danışmalı, bunun təhlili aparmalıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Dövlət Neft Fondunda olan vəsaitlərin bir hissəsi də banklarda saxlanmalıdır: “Dövlət öz vəsaitlərini xarici banklarda saxlayır, yerli banklara etimad göstərmir. Bu halda vətəndaş niyə yerli banklara etimad etsin? Bu zaman vətəndaşların aşağı faizli kreditlərə də çıxışı olacaq, vətəndaşlarımız sandıqda saxladıqları pulları da çıxaracaq. Yenə də qeyd edirəm, əsas məsələnin kökü öyrənilməlidir. Bizim banklar niyə bağlanır? Bunun səbəbləri araşdırılmalıdır”.

  1. Həsənquliyev təklif edib ki, xalis illik gəliri 60 min manatdan çox olan şəxslər gəlirlərinin 2-3%-ni “YAŞAT” fonduna köçürsün: “Yaxşı olardı ki, parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsi bununla bağlı təhlillər aparsın”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

YAP nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Sonrakı məqalə

Əli Məsimli: “İşğaldan azad edilmiş ərazilərin bərpa edilməsi ilə bağlı sandıqlardakı pulları çıxarmağın vaxtıdır”