“Həkimlər jurnalist Səlim Balayevə kömək etməyə çalışır” –

Qənirə Paşayeva
27 İyul 2020 - 14:59

Koronavirusa yoluxan jurnalist Səlim Balayev hazırda reanimasiyadadır.

Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva bildirib.

O qeyd edib ki, jurnalist Səlim Balayevin COVİD-19 diaqnozu ilə Bakı Sağlamlıq Mərkəzində ağır vəziyyətdə olmasına dair göndərilən məlumat və müraciətlərə baxılıb: “TƏBİB-in rəhbərliyi və Bakı Sağlamlıq Mərkəzinin rəhbəri Asiman müəllimlə Səlim bəyin vəziyyəti ilə bağlı geniş müzakirə apardıq. Səlim bəy hazırda reanimasiyadadır. Həkimlər tibbin bütün imkanlarından istifadə edərək Səlim bəyə köməklik göstərməyə çalışırlar. Səlim bəyin ailəsi ilə də danışdım, əlimizdən gələn dəstəyi göstərəcəyimizi dedim. Allah Səlim bəyə kömək olsun! Dualarınızı əskik etməyin”. 

Deputat: Həkimlər tibbin bütün imkanlarından istifadə edərək jurnalist Səlim Balayevə kömək etməyə çalışır