Deputat Hacı Madər vəfat edib

Deputat Madər Musayev vəfat edib.

Deputat 75 yaşında dünyasını dəyişib.

“Unikal” bildirir ki, bir neçə gün öncə Madər Musayev ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.

Madər Musayev iki həftə reanimasiya qalıb. Bu gün isə bir sıra daxili orqanlarının çatışmazlığından vəfat edib.

Qeyd edək ki, Madər Musayev XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I, II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. “Şöhrət” və “Şərəf” ordenləri ilə, 25 noyabr 2022-ci ildə isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.