Deputat intihar edib

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) sağçı “Respublikaçılar” Partiyasından olan üzvü Olivye Marleks özünün seçildiyi dairədə – Anet kommunasında (Fransanın mərkəzindəki Er və Luar departamenti) intihar edib.

“Report”un xəbərinə görə, bu barədə AFP agentliyi prokuror Frederik Şevalyeyə istinadən məlumat yayıb.

Məlumata görə, 54 yaşlı deputatın meyiti bazar ertəsi axşam saatlarında jandarm patrulu tərəfindən evində aşkarlanıb. Patrul kommunanın merini çağırıb.

Faktla bağlı təhqiqata başlanılıb.

F.Marleks parlamentə seçilməzdən əvvəl Nikola Sarkozinin prezidentliyi dövründə (2007-2012) onun müşaviri olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.