Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Deputat nə üçün test üsulunun ləğvini istəyir? –

User 11 Mart 2023 - 01:26 (Last updated: 21 May 2025 - 20:15)
test

Azərbaycanda yenidən qəbul imtahanlarında test üsulunun ləğv edilməsi təklif olunur.

İmtahanlarının test üsulunu tənqid edənlər onun geniş dünyagörüşünə sahib insan yetişdirmədiyini, əzbərçiliyə gətirib çıxardığını və beləcə kadr potensialını zəiflətdiyini deyirlər.

Deputat Fazil Mustafa da hesab edir ki, test üsulu müəyyən bir dövr üçün mütərəqqi hadisə olsa da, toxunulmaz qalıb. O, “Xəzər” televiziyasına açıqlamasında bildirib ki, bu üsulun tətbiqindən sonra ali məktəblərə qəbulun asan forması tapılmalı, əsas diqqət qəbula deyil, bitirməyə yönəlməli idi.

Deputatın fikrincə, rasional bir istiqamətin tətbiqi mütləqdir: “Məsələn, Yaponiyada yazı xəttinin yaxşı olması əsas amillərdəndir. Ancaq Azərbaycanda tətbiq edilən test üsulu şagirdlərin bu vərdişini xeyli zəiflədib”.

Onun sözlərinə görə, elə forma tapılmalıdır ki, şagirdlərin həm yazılı, həm düşüncə və intellekt vərdişləri inkişaf etsin, həm də təhsil alan şəxslər yetkin mütəxəssis olmaq şansını itirməsinlər.

Amma Dövlət İmtahan Mərkəzindən “Turan”a bildirilib ki, kütləvi imtahanlar üçün başqa vasitə hazırda mövcud deyil: “Testin əzbərçiliyə gətirməsi iddiaları doğru yanaşma deyil. İmtahanlarda qapalı və yazılı tipli tapşırıqlardan da geniş istifadə edilir. 700 ballıq şkala ilə toplanan balların 500-ü testdən, 200-ü açıq suallardan əldə olunur”.

Qurumdan qeyd olunub ki, gələcəkdə bu tapşırıqların sayının daha da artırılması nəzərdə tutulur.

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlunun Azadlıq Radiosuna bildirməsinə görə, artıq 10 ildən çoxdur ki, test imtahanlarının ləğvi ilə bağlı söhbətlər dolaşır: “Uzun müddət qəbul prosesindən yararlanan, yəni korrupsiyaya bulaşmış adamların əlinın içi qaşınır. O qaşınmanın nəticəsidir ki, test üsulu tənqid olunur”.

Ekspert dörd il ərzində ali təhsil müəssisələrinə qəbul imtahanlarının testlərini təhlil etməsindən danışıb: “Onların monitorinqində də iştirak etmişəm və tənqidlərimi demişəm ki, bəzi üsullar korrupsiyaya yol açır. Xüsusilə də bu Azərbaycan dili fənnində. Dil problemlər və mübahisələrlə dolu bir elmdir. Qəbul imtahanlarında da bu fənn üzrə mübahisəli sualları salırdılar. Halbuki, bu testologiyanın qanunlarına ziddir”.

Test əzbərçilik yaradır məsələsinə gəlincə, Qulamoğlu bu fikirlə qismən razıdır: “Baxır bu testləri kim və necə tərtib edir. Əgər bu əzbərçilik öyrədən testlər varsa, onları çıxartsınlar. Bütün test üsulunu ləğv etmək niyə lazımdır ki? Bəli, keyfiyyətsiz suallar var. Məsələn, bir söz verilir və tapşırırlar ki, bu sözün omonimi tapın. Bu test sualı səhvdir və uşağı əzbərçiliyə yönəldir. Amma əgər bir cümlədə bir sözü müxtəlif şəkildə versələr və uşaq orada omonimi tapa bilməsə, onda o, dəqiq, mövzunu bilmir”.

Ekspertin sözlərinə görə, çaşdırıcı sualları qəsdən tərtib edirlər: “Bu, tələ suallardır. Məqsəd isə ondan ibarətdir ki, uşaqların ballarını aşağı salsınlar. Uşaqların balları da aşağı düşürsə, şübhə doğurmur ki, testdənkənar kimsə qəbul oluna bilər”.

Test üsulu Azərbaycanda 1992-ci ildən tətbiq edilir. Sonradan bu üsulda bəzi yeniliklər edilib. Hazırda qəbul ikipilləlidir: Həm buraxılış imtahanlarında, həm də qəbulda toplanan ballar hesablanır.

Post navigation

Previous: Qazaxıstan bu ay Azərbaycan üzərindən neft ixrac edəcək
Next: “Meta” yeni sosial şəbəkə yaradır

Oxşar xəbərlər

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02
xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30

xƏBƏR

Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. Yeni paket pensiyaçılar, sosial müavinət və...
Read more about Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02
Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı? qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.