“Meta” yeni sosial şəbəkə yaradır

ABŞ-ın “Meta” şirkəti yeni sosial şəbəkənin yaradılması üzərində işləyir.

Bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

“Biz insanlara real vaxt rejimində yazılı mesajlar mübadiləsi etməyə imkan verəcək mərkəzləşdirilməmiş müstəqil sosial şəbəkənin yaradılmasını nəzərdən keçiririk”, – deyə şirkətin agentliyə təqdim etdiyi bəyanatda bildirilir.

“Platformer” nəşrinin məlumatına görə, sosial şəbəkə ilkin mərhələdədir və onun istifadəyə verilmə tarixi barədə məlumat yoxdur.

Əvvəlki məqalə

Deputat nə üçün test üsulunun ləğvini istəyir? –

Sonrakı məqalə

Rusiya BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyir