Deputatın sahibi olduğu dərman şirkətinin vergi borcu var

Azərbaycanın ən iri dərman şirkətlərindən “Azeri Med” QSC-nin vergi borcu yaranıb.

Azpost.info xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 8 271.40 AZN təşkil edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Azeri Med” QSC-nin 2 iyul 2004-cü ildə qeydiyyata alındığı göstərilir.

Nizamnamə kapitalı 10 000 AZN olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. Şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.

“Azeri Med” QSC-nin sahibi isə deputat Kəmaləddin Qafarovdur. O, həm də Milli Onkologiya Mərkəzinin (MOM) Baş direktorunun müavini vəzifəsini daşıyır. “Azeri Med” QSC-nin vaxtaşırı MOM-un milyonluq tenderlərinin qalibi olmasında bu amil mühüm rol oynayır.

“Azeri Med” QSC-nin Kəmaləddin Qafarova məxsus olduğunu təsdiq edən başqa fakt da var. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti, ev 65A, məhəllə 3078A, mənzil 155-də yerləşib. Bu ünvanda Kəmaləddin Qafarov və ailə üzvləri də qeydiyyatdadır. 6 noyabr 2020-ci ildə şirkətin reyestr sənədlərinə dəyişiklik edilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir