Deputat Tahir Mirkişili “besedka” açılışında –VİDEO

Tahir Mirkişili
Tahir Mirkişili

Deputat Tahir Mirkişilinin dünən Sumqayıtda məhəllə sakinləri üçün tikilən söhbətgahın təntənəli açılış mərasimini keçirməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində, 20 və 21-ci binaların qarşısındakı söhbətgahın açılışına icra hakimiyyətinin, YAP Sumqayıt şəhər təşkilatının nümayəndələri və jurnalistlər dəvət olunub.

Söhbətgahın deputatın təşəbbüsü ilə açılması, sakinlərin bundan məmnun qalması televiziya və sosial şəbəkələrdə geniş reklam olunub. Sosial şəbəkə istifadəçiləri isə deputatı adi bir söhbətgahı böyük bir layihə kimi reklam etdirdiyinə görə tənqid ediblər.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.