Deputatların növbəti koronavirus testinin nəticəsiAÇIQLANDI

Milli Məclisin (MM) deputatlarının, MM Aparatının və İşlər müdirinin xidmətinin işçilərinin növbəti koronavirus testinin nəticəsi açıqlanıb.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, indiyə qədər, o cümlədən sonuncu dəfə aparılan bütün koronavirus testinin nəticələri neqativ çıxıb.

Məlumatda bildirilib ki, indiyədək Milli Məclisin deputatlarının, Milli Məclis Aparatının və İşlər müdirinin xidmətinin işçilərində koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, koronavirus təhlükəsinə görə parlamentin girişində termovizor qurğusu quraşdırılıb. Həmin qurğu vasitəsilə Milli Məclisə daxil olan bütün şəxslərin hərarəti yoxlanılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir