Deputatlığa namizəd Tural Hüseynov Lənkəranda seçicilərlə görüşüb –FOTO  

74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd olan Tural Hüseynov müxtəlif  kəndlərdə seçicilərlə görüşüb.

Seçki platformasını açıqlayan deputatlığa namizəd bildirib ki, ölkədə prezident İlham Əliyevin elan etdiyi islahatlar qanunverici orqanın da yeniləşməsini vacib edir. Milli Məclisdə yeni insanların, gənclərin təmsilçiliyinin zəruri olması barədə dövlət başçısının tövsiyələrini xatırladan T.Hüseynov Lənkəranın da bu islahatlarda mühüm yer tutduğunu deyib.

“Ölkədə sosial siyasətlə bağlı ciddi islahatlar aparılır. Bu islahatların həyata keçirilməsi üçün yeni adamlar parlamentə seçilməlidir ki, layihələri həyata keçirmək mümkün olsun”.

T.Hüseynov deyib ki, deputat seçiləcəyi təqdirdə fəaliyyətini yalnız xalqla birbaşa təmasla quracaq: “Elə fəaliyyət göstərəcəyəm ki, deputatla vətəndaş arasında sədd aradan qalxsın. İş yerimiz adamların gündəlik toplaşdığı məkanlar olacaq. Biz sizin yanınıza gələcəyik”.

Deputatlığa namizəd bildirib ki, bərəkətli torpağı olan Lənkəranda sosial məsələlərin həlli diqqət mərkəzində olacaq: “Hər bir vətəndaşın işi, qazancı, rahatlığı olmalıdır. Bunu ölkədə islahatları dəstəkləməklə yaradacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva gəncləri təbrik etdi:

Sonrakı məqalə

Sabah temperatur 14 dərəcəyə çatacaq –