Deputatlığa namizədlərə təbliğat mitinqləri üçün yerlər ayrıldı –Harda seçicilərlə görüşə bilərlər? (MSK)

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqat üçün 256 daimi görüş yeri ayrılıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı siyahıya əsasən, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib.

Qeyd edək ki, Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə ödənişli seçkiqabağı təşviqat kampaniyası yanvarın 17-də başlayacaq və fevralın 8-si saat 08:00-da başa çatacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir