“Deutsche Welle” Rusiyada xarici agent kimi tanındı

Rusiya Ədliyyə Nazirliyi Almaniyanın məşhur media qurumu “Deutsche Welle”ni xarici agent kimi tanıyıb.

Azpost.info xəbər verir ki, bu barədə nazirliyin internet saytında məlumat yayılıb. “Rusiyadakı mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq, Ədliyyə Nazirliyi “Deutsche Welle”ni xarici agent kimi fəaliyyət göstərən xarici KİV-lərin reyestrinə daxil edib”, – nazirliyin açıqlamasında bildirilir.

“Deutsche Welle”nin media-xarici agentlər siyahısına daxil edilməsinə dair qərar səlahiyyətli dövlət orqanlarından daxil olan sənədlər əsasında qəbul edilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.