“Dialoqa başlayanda Ermənistan bizə qondarma “soyqırımı” tanıyın deməyib”- Çavuşoğlu

Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Azərbaycanla koordinasiya edirik.

APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində bildirib.

“Biz Ermənistanla dialoqa başlayarkən nə Ermənistan bizə qondarma “soyqırımı” qəbul edin deyib, nə də biz onlara bundan vaz keçin demişik”, – nazir qeyd edib.

Türkiyə XİN rəhbəri vurğulayıb ki, İrəvanda “Nemezis” əməliyyatına abidə ucaldılması ilə Ermənistan xoşniyyətli olmadığını göstərir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.