Diaspor rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov hazırda Rusiyadan deportasiya olunur.

SHOT-un məlumatına görə, o, növbəti reyslə Moskvanın Şeremetyevo şəhərindən Bakıya göndəriləcək.

Bundan əvvəl İbrahimov ölkədə qalma qaydalarını pozduğuna görə Rusiya vətəndaşlığından məhrum edilib. O, Azərbaycana qayıtdıqdan sonra şərh verəcəyini vəd edib.

Elşən İbrahimov kimdir?

Elşən Mustafa oğlu İbrahimov 1967-ci ildə Azərbaycanda anadan olub. 1997-ci ildən Moskva vilayətində, İstra şəhər rayonunda yaşayır. Sahibkardır, onun Moskva vilayətində adına qeydiyyatdan keçmiş 10-dan çox şirkəti var. Əsas fəaliyyət sahəsi tərəvəz və meyvələrin topdan və pərakəndə satışıdır.

2012-ci ildən İstra Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri, 2018-ci ildən Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin rəhbəridir. Moskva vilayətinin İctimai Palatasının üzvü olan İbrahimov “Mədəniyyətlərarası ünsiyyətin” inkişafına görə çoxsaylı sertifikatlar və təşəkkür məktubları ilə təltif edilib. 2023-cü ildə Moskva vilayətinin qubernatorunun mükafatı üçün ZOV layihəsi üçün ərizə təqdim edib. Ərizəyə görə, layihə Ukraynda savaşan rusiyalı döyüşçülər üçün humanitar yardımın toplanmasından ibarətdir.

Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov niyə vətəndaşlıqdan məhrum edilib?

İyulun 4-də İ.İbrahimov yaşadığı ünvan üzrə polis bölməsinə çağırılıb və Daxili İşlər Nazirliyinin onun vətəndaşlıqdan məhrum edilməsi barədə qərarını oxuyub. Qeyd edək ki, bu ildən polis məhkəmə proseduru olmadan əldə etdiyi vətəndaşlıqdan məhrum etmək hüququ əldə edib.

Prosedurun videoçəkilişinə əsasən, İbrahimov “Vətəndaşlıq haqqında” qanunun 22-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən vətəndaşlıqdan məhrum edilib. Maddə belədir: “Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər etmək”.

Qurum rəsmisi konkret hərəkətlərdən söz getidiyini açıqlamayıb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.