Dieqo Maradona karantinə alındı

Ximnasiya və Esqrima” komandasının baş məşqçisi Dieqo Maradona karantinə alınıb.

Report ESPN-ə istinadən xəbər verir ki, buna 60 yaşlı mütəxəssisin koronavirusa yoluxmuş şəxslə təmasda olması səbəb olub.

Əfsanəvi futbolçu cümə axşamı koronavirus testindən keçəcək. Testin nəticəsi mənfi olacağı təqdirdə o, cümə günü “Patronato” ilə matçda komandasına rəhbərlik edə biləcək.

Qeyd edək ki, Dieqo Maradona 2019-cu ilin sentyabrında “Ximnasiya və Esqrima”ya baş məşqçi təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan hərbçilərinin meyitlərini və mülki şəxslərini təhvil almır –

Sonrakı məqalə

Ermənistan Sərhəd Qoşunlarının qərargah rəisi işdən çıxarılıb