DİM abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib.

DİM-dən APA-ya verilən məlumata görə, koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə Mərkəzin “Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələri yerləşdirilir.

Hazırda portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, русскый язык, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 122 videomühazirə yerləşdirilib. İyunun 12-dən etibarən portala yerləşdirilən dərslərə 16634 baxış sayı qeydə alınıb.

DİM imtahanlara hazırlaşan abituriyentlərə öz biliklərini daha da dərinləşdirmək, öyrəndikləri mövzuları təkrarlamaq üçün bu ödənişsiz fürsətdən yararlanmağı tövsiyə edir.

Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib.

Videomühazirələrə buradan baxmaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Güclü külək əsəcək, yağış yağacaq

Sonrakı məqalə

Cavid Paşayevin səhhəti Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb