DİM bugünkü imtahanlarda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını təqdim edib

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün IV ixtisas qrupu (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə iyunun 3-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını təqdim edib.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq. Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları DİM-in saytında yerləşdirilib.

Əvvəlki məqalə

“ABŞ Ukraynanın işğalını dəstəkləyən sülh təşəbbüslərinə qarşıdır”

Sonrakı məqalə

“Qarabağ” klubu Hamidu Keyta ilə üçillik müqavilə imzalayıb