DİM ilk dəfə Laçın şəhərində, Zabux kəndində və Füzulidə buraxılış imtahanları keçirəcək

Buraxılış imtahanlarının qrafiki
Buraxılış imtahanlarının qrafiki

Martın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da buraxılış imtahanı keçiriləcək.

DİM ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2 nömrəli tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Füzulidə M.Uluqbəy adına 1 nömrəli məktəbdə buraxılış imtahanı keçirəcək.

Xatırladaq ki, martın 10-da respublikanın 33 şəhər və rayonunda təşkil olunacaq imtahanda 53 min 102 şagirdin iştirakı nəzərdə tutulur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.