Dövlət İmtahan Mərkəzi şagirdlərə müraciət edib.
DİM-in mətbuat xidmətindən verilən xəbərə görə, Mərkəzin “Youtube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir. Bu layihə çərçivəsində buraxılış və qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “vizuallaşdırılmış dərs” formasında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur.
Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdirilir.