DİM şagirdlərə müraciət etdi, dərsləri “Youtube” dan oxumağa çağırdı

Dövlət İmtahan Mərkəzi şagirdlərə müraciət edib.

DİM-in mətbuat xidmətindən verilən xəbərə görə, Mərkəzin “Youtube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir. Bu layihə çərçivəsində buraxılış və qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “vizuallaşdırılmış dərs” formasında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur.

Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə Qazax və Tovuzdakı mövqelərimizi iriçaplı pulemyotlarla atəşə tutub

Sonrakı məqalə

Azərbaycanda koronavirusa yoluxanların sayı nə qədərdir? –