DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür.

AzPost-un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in keyfiyyət idarəetmə sisteminin təkrar auditinin nəticələrinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, bu barədə Təhsil Nazirliyi ilə danışıqlar aparılıb:

“Artıq “çiy qiymət”lərdən yeni qiymətləndirmə prosesinə keçməliyik. Bu ildən etibarən gələcəkdə imtahanların bir qisminin rəqəmsal şəkildə həyata keçirilməsi üçün addımlar atılacaq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.