Dövlət İmtahan Mərkəzi qəbul imtahanı zamanı üzərində telefon aşkar edildiyi üçün abituriyent Yolçu Şəmdinovu imtahandan çıxarmış, onun birinci tur qəbul imtahanında topladığı 584 balı ləğv etmişdi.
Azpot.info bildirir ki, DİM öz qərarına yenidən baxıb.
Bu barədə Salyanda fəaliyyət göstərən hüquq müdafiəçisi,Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Salyan rayonunun Arbatan kənd orta məktəbinin əlaçı məzunu Yolçu Şəmdinov DİM tərəfindən 04 iyun 2013-cü il tarixdə I qrup üzrə keçirilən imtahanlarda yüksək nəticə göstərərək 587 bal toplamışdı.
“Lakin o bununla kifatəylənməyərək qərar alıb ki, DİM-in iyul ayının 22-də Şirvan şəhərində 18 saylı şəhər orta məktəbində keçirəcəyi imtahanda da iştirak etsin.Yolçu imtahana tələsik girərkən üzərində olan mobil telefonu unudaraq imtahan zalına keçdikdən sonra cibindəki telefonu görüb özü geri qayıdaraq təhvil versə də imtahandan çıxarılmış və əvvəlki nəticəsi də ləğv edilmişdi.
Lakin bu gün DİM-də bu məsələyə yenidən baxılaraq Yolçu Şəmdinovun 584 balı tanınaraq ixtisas seçiminə buraxılıb”-deyə E.Məmmədov bildirib.
Azpost.info