DİN Ankara Bələdiyyəsinin sədri Mansur Yavaşla bağlı istintaqa icazə verib

Türkiyə Daxili İşlər Nazirliyi Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) sədri Mansur Yavaş və onun xüsusi katibi Nevzat Uzunoğlu ilə bağlı konsert xərclərində qanun pozuntularına yol verildiyi iddiaları ilə bağlı “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “təftiş vəzifəsinə etinasızlıq” ittihamları ilə istintaq aparılmasına icazə verib.

APA xəbər verir ki, əlaqədar qurumlar tərəfindən hazırlanan hesabata görə, Ankara Böyükşəhər Bələdiyyəsində (ABB) 32 konsert xidmətinin satın alınması ilə bağlı olaraq bələdiyyənin 154 milyon 453 min 221,60 lirə məbləğində zərərə uğradığı müəyyən edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.