DİN Bərdədə baş verən qəza ilə bağlı məlumat yaydı

08 İyul 2020 - 12:04

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə baş verən traktor qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 7-də saat 18 radələrində Bərdə rayonunun Bala Ərəblər kəndi ərazisində Güloğlular kənd sakini Yelmar Məmmədov idarə etdiyi “JT” markalı traktoru su arxına salıb.

Nəticədə sürücü suda boğularaq ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.