DİN fırıldaqçı “Pazfarm” şəbəkəsi ilə bağlı məsələni araşdırır

Azərbaycanda yüzlərlə insanın minlərlə manat xərclədiyi “Pazfarm” şəbəkəsi vəsaitləri mənimsəyib.

Bu barədə məlumatı texnobloger Fərid Pərdəşünas Feysbuk hesabında yazıb.

O, bildirib ki, platformada 50 min manata qədər pulu batan insanlar var.

“Pazfarm” insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandıran platforma idi. Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkənlərin sayı çoxdur. İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər”, – deyə o yazıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirib ki, məsələdən məlumatlıdırlar və faktla araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.