DİN Göygöldə 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Göygöldə 5 nəfərin ölməsi ilə nəticələn yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, sentyabrın 27-də saat 23 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Bayram İbrahimzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobili qarşıda gedən Ağsu rayon sakini Ş.Bədəlovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinə vurub.
Nəticədə B.İbrahimzadə və sərnişinləri – Zamiq Mahmudov, Qüdrət Atakişiyev, Tural İbrahimov və Oruc Hüseynov hadisə yerində ölüblər.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir