DİN nazirinin sabiq müavini Zahid Dünyamalıyevin oğlu namizədliyini irəli sürüb –FOTO

Daxili işlər nazirinin sabiq birinci müavini, mərhum Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyev deputatlığa namizədliyini irəli sürüb.

Azpost.info bildirir ki, bu barədə gununsesi.org-a Vəli Dünyamalıyevin seçki qərərgahından məlumat verilib.

Məlumata görə,Vəli Dünyamalıyev namizədliyini Gəncənin 40 Saylı Kəpəz ikinci seçki dairəsindən irəli sürüb. General  Zahid Dünyamalıyev SSR-nin son dövründə Gəncənin polis rəisi olub. Vəli Dünyamalıyev şagird kimi  ilk illərini Gəncədəki 16 saylı orta məktəbdə oxuyub.

Ali təhsilini  BDU-nun hüquq fakultəsində alan Vəli Dünyamalıyev uzun illər  keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb. 2010-cu ildən özəl sektorda fəaliyyət göstərir. Ailəlidir, 2 övlad atasıdır.

Qeyd edək ki, bu dairədən hakim Yeni Azərbaycan Partiyası deputat  Musa (Urud) Quliyevin növbəti dəfə namizədliyini irəli sürüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir