Dini mərkəzlər xaricdə filial və ya nümayəndəlik yarada biləcək

Dini mərkəz (idarə) Azərbaycan Respublikasında və xarici dövlətlərdə filial və (və ya) nümayəndəlik yarada biləcək.

APA-nın məlumatına görə, bu, “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dini qurumun adı və fəaliyyət ərazisi müəyyənləşir.

– Dini qurumun adı onun təşkilati-hüquqi formasını, fəaliyyətinin xarakterini və hansı dinə mənsub olduğunu özündə əks etdirməlidir. Dini qurumun adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından istifadə edilə bilməz.

– Dini qurumun (dini mərkəz (idarə) istisna olmaqla)  qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə yol verilmir.

– Dini mərkəzin (idarənin) Azərbaycan Respublikasında fəaliyyət ərazisi məhdudlaşdırılmır.

– Dini qurumun hüquqi ünvanı dəyişdikdə, bu barədə 7 (yeddi) gün müddətində tabe olduğu dini mərkəzə (idarəyə) məlumat verir. Dini mərkəz (idarə) bu barədə, habelə öz hüquqi ünvanı dəyişdiyi hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 10 (on) gün müddətində məlumat verir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir