“Diplomatımızın “Rusiya Günü”ndə iştirakı qəbuledilməzdir” –Kanada XİN

Kanadanın xarici işlər naziri Melani Coli Rusiyanın Ottavadakı səfirliyində Rusiya Günü münasibətilə keçirilən qəbulda iştirak edən əməkdaşını tənqid edib.

Azpost.info xəbər verir ki, XİN rəhbəri bunu qəbuledilməz adlandırıb. “Rusiya səfirliyində baş tutan tədbirdə heç bir Kanada nümayəndəsinin iştirak etməməli idi. Və heç bir Kanada təmsilçisi bir daha belə tədbirlərdə iştirak etməyəcək”, – nazir deyib.

Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov nazirin mövqeyini qeyri-peşəkar adlandırıb: “Əminəm ki, kanadalı diplomatlar, Kanada Xarici İşlər Nazirliyinin ekspertləri bunun ümumi protokol təcrübəsi olduğunu başa düşürlər. Bizim fikirlərimiz fərqli olanda və ya ölkəmizin siyasi liderləri beynəlxalq gündəmdəki bəzi həssas məsələlərə əks yanaşdıqda belə, diplomatlar işləməlidirlır. Qarşılıqlı hörmət lazımdır”, – səfir bildirib.

Rusiya səfirliyində qəbul iyunun 10-da baş tutub. 100-dən çox qonağın iştirak etdiyi tədbirdə Kanada XİN-i idarənin yetkilisi Yasemin Haynbeker təmsil edib.

Azpost.info

Əvvəlki məqalə

Hindistanda Məhəmməd peyğəmbərin təhqirinə görə kütləvi etirazlar başlanıb

Sonrakı məqalə

“Surət Hüseynova qarşı ordudan istifadə qanunsuz idi…Elçibəy də bilirdi”-