Hindistanda Məhəmməd peyğəmbərin təhqirinə görə kütləvi etirazlar başlanıb

Həftəsonu Hindistan polisi Məhəmməd peyğəmbərin təhqir olunmasına görə etiraz aksiyasına çıxan 300-dən çox insanı saxlayıb.

Azpost.info xəbər verir ki, iyunun 10-da məscidlərdə cümə namazından sonra ölkə boyu kütləvi aksiyalar başlayıb.

Yerli hakimiyyət etirazçıları ən sərt tədbirlərlə hədələyib. Ən kütləvi etirazlar Uttar Pradeş ştatının şimalında baş verib. Etirazçılar polisə daş atıb, binaları yandırıblar. Ştatın baş naziri Yogi Adityanatx deyib ki, belə insanlara sivil cəmiyyətdə yer yoxdur: “Son günlər müxtəlif şəhərlərdə ab-havanı pozmağa yönəlmiş xaotik cəhddə iştirak edən anti-sosial elementlər ən sərt tədbirlərə məruz qalacaqlar”.

Hindistanda etirazlar hakim Bharatiya Canata Partiyasının keçmiş nümayəndəsi Nippur Şarmanın İslam dini və Məhəmməd peyğəmbər haqqında söylədiyi fikirlərə görə başlayıb. Şarma televiziyada debat zamanı müsəlmanlara qarşı fikirlər səsləndirib, həmçinin insanların İslam dini ilə bağlı kitabların məzmununu lağa qoyduğunu deyib. Bu fikirlər bir sıra müsəlman dövlətləri tərəfindən pislənilib. Qadının özü vəzifəsindən uzaqlaşdırılaraq partiya üzvlüyündən məhrum edilib.

“Əl-Qaidə” Hindistanı terror aktları ilə hədələyib. Terror qruplaşması bəyanat yayaraq Hindistanın bir neçə şəhərində kamikadze hücumu təşkil edəcəyini bildirib.

Azpost.info

Əvvəlki məqalə

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlib

Sonrakı məqalə

“Diplomatımızın “Rusiya Günü”ndə iştirakı qəbuledilməzdir” –