“Diplomatlar öz gözləri ilə bu dağıntıları görür” –Hikmət Hacıyev

“Bu səfərlər bir növ faktaraşdırıcı missiya xarakterlidir. Diplomatlar öz gözləri ilə bu dağıntıları görür və öz ölkələrinə məlumat verirlər”. 

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib.

O bildirib ki, ermənilər sanki cəsədlərdən qisas alırmış kimi siyasət yeridiblər: “Bu,  vandalizmin en eybəcər formasıdır. Beynəlxalq ictimaiyyət bunu görməli, illər ərzində törədilən vəhşiliklərdən xəbərdar olmalıdır”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir