Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Diqqətli olun, DİM adından saxta səhifələr yaradılır” –

User 02 İyun 2023 - 10:52 (Last updated: 21 May 2025 - 20:15)
Buraxılış imtahanlarının qrafiki

Buraxılış imtahanlarının qrafiki

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, qəbul imtahanlarına qeydiyyat zamanı, xüsusilə ali təhsil müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca yenə də “Facebook”, “Instagram”, “TikTok” və digər sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla saxta səhifə və qruplar yaradılır.

DİM-dən verilən xəbərə görə, bu kimi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər isə bəzi hallarda özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində qeydiyyat, ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar.

İstifadəçilərin ünvanladığı suallara həmin şəxslərin verdikləri cavablara, həmçinin sonradan abituriyentlərin Mərkəzə etdikləri müraciətlərə diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur.

Abituriyentlər hər hansı bir imtahana qeydiyyat, eləcə də gələcəkdə ixtisas seçimi zamanı diqqətli olmalı, Mərkəzin adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər. Bu prosesin istənilən bir mərhələsində çətinlik çəkən abituriyentlər isə Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılan və ödənişsiz xidmət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət Mərkəzləri qəbul kampaniyası müddətində DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Azərbaycan Memarlıq və İnşaat Universitetlərində fəaliyyət göstərirlər.

Abituriyentlər həmçinin elektron xidmətlərdən istifadə zamanı bəzən hər hansı texniki səhvə yol verəcəklərindən ehtiyatlanırlar. Lakin proqram təminatı elə qurulub ki, abituriyentin səhv etmək imkanı yoxdur və hər hansı bir yanlışlıq varsa, sistem tərəfindən səhvin mahiyyəti barədə xəbərdarlıq edilir və yalnız həmin səhv düzəldildikdən sonra əməliyyatı təsdiq etmək mümkün olur.

Bir daha sosial şəbəkə istifadəçilərinə diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış oxşar səhifə və qruplara üzv olmamağı, yalnız Mərkəzin saytını və aşağıdakı səhifələrini izləməyi tövsiyə edilib:

“Facebook”

“Instagram”

“Telegram”

“TikTok”

“Youtube”

“Twitter“

“Linkedin”

Post navigation

Previous: “Makron Moldova görüşünü təhrif edib” –
Next: Xaricdə ən çox hansı rayonlara pul göndərilir? –

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.