DİQQƏT! Bu öskürək siropu 24 uşağın ölümünə səbəb oldu

Hindistanda adi öskürək siropundan sonra azı 24 uşağın ölümü ilə bağlı genişmiqyaslı araşdırma başlanılıb. AzPost xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi yayıb.

Məlumata görə, hadisə Coldrif adlı öskürək siropu ilə əlaqələndirilir. Tamilnad ştatının üç rəsmi nümayəndəsi agentliyə bildiriblər ki, siropun istehsalı zamanı istifadə olunan həlledicinin zəhərli kimyəvi maddə ilə çirklənmiş ola biləcəyi ehtimal edilir.

Araşdırmalar zamanı məlum olub ki, dərmanı istehsal edən Sresan Pharmaceutical Manufacturer müəssisəsi 50 kiloqram propilenqlikolu yerli distributor Sunrise Biotech şirkətindən alıb. Sunrise Biotech isə həmin həlledicini aromatizatorlar və kimyəvi əlavələr üzrə ixtisaslaşan kiçik Jinkushal Aroma adlı şirkətdən tədarük edib.

Aparılan yoxlamalar Coldrif siropunun tərkibində dietilenqlikol (DEG) aşkarlandığını təsdiqləyib. Bu maddə sənayedə istifadə olunan təhlükəli toksindir və əvvəllər də müxtəlif ölkələrdə faciələrə səbəb olub.

Hazırda Hindistan hüquq-mühafizə orqanları zəhərli maddənin istehsalda istifadə olunan həllediciyə necə düşdüyünü müəyyənləşdirməyə çalışırlar. Araşdırma davam edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.