Diqqət! Bu yollarda tıxac var

Tıxac
Tıxac

Bakının bir çox yollarında tıxac müşahidə edilir.

AzPost xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

2. Babək prospekti, mərkəz istiqamətində;

3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

5. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

6. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;

7. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;

8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.