“Diriliş Ərtoğrul”un məşhur aktyoru vəfat edib –FOTO

Türkiyənin məşhur aktyoru Hüseyn Özay vəfat edib.

“Haber Global”ın məlumatına görə, onun ölümü barədə qonşusu, dublyaj aktyoru Onur Akay məlumat verib.

“Ortaköydə qonşum olan  ustad aktyor Hüseyn Özayı itirdik. Onunla çox gözəl söhbətlərimiz olurdu. Onu “Diriliş Ərtoğrul” serialında “Korkut bey” kimi də tanımışdıq, “Sen anlat Karadeniz” serialında mənfi xarakteri ilə hər kəsin diqqətini çəkmişdi”, – deyə Akay bildirib.

O da vurğulanır ki, Hüseyn Özay avqustun 4-də günorta namazından sonra dəfn ediləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir