Diş əti üçün ən təhlükəli qida hansıdır? –

London Kral Kollecinin alimləri aşkar ediblər ki, qırmızı ət diş əti üçün ən təhlükəli qidadır.

AzPost -un məlumatına görə, bu barədə Türkiyənin “Hürriyet” nəşri xəbər verir. Qırmızı ət ağız boşluğunda iltihabını təşviq edir.

Tədqiqatda 200 böyük insanın qidalanma vərdişləri araşdırılıb. Məlum olub ki, ağır diş əti xəstəliyi riski  daha çox qırmızı ət istehlak edən insanlarda daha yüksəkdir.

Araşdırmanın həmmüəllifi Cuzeppe Mainas  deyib ki, “biz periodontal xəstəliyinin şiddətlənməsi ilə pəhriz arasında mümkün əlaqəni müşahidə etdik. Bu nəticələr pəhriz qəbulu və diş əti xəstəliyi arasındakı əlaqəni anlamaq üçün mühüm başlanğıc nöqtəsi təmin edir”.

“Bu markerlər bədən zədə və ya iltihabla qarşılaşdıqda artır. Bununla belə, bu, bəzən diş əti xəstəliyinə səbəb ola biləcək həddindən artıq aktiv immun reaksiya ilə nəticələnə bilər. Tərəvəzlər, paxlalılar və süd məhsulları bu markerlərin səviyyəsini azaltmaqda faydalı ola bilər” -deyə periodontoloq, professor Luici Nibali bildirib.

O, hazırda diş əti problemlərinin britaniyalıların 45%-ni əhatə etdiyini vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.