Dişləri təbii yolla necə ağartmaq olar?

Bəyaz dişlərə sahib olmaq hər kəsin arzusudur. Ancaq çay, qəhvə və siqaret kimi xarici faktorlar diş rənginin solmasına səbəb olur.

Axşam.az xəbər verir ki, türkiyəli ağız və diş sağlamlığı mütəxəssisi Aslı Tapan bəzi qidalar vasitəsilə təbii yolla dişlərin ağardılmasının üsullarını açıqlayıb.

Çiyələk

Bu meyvə dişlərin üzərində ləkələrin yaranmasının qarşısını alır. Ancaq çiyələyin tərkibindəki turşu və şəkər diş minasına zərər verə bilər. Bu səbəbdən də yedikdən sonra su içmək və ya ağzı yaxalamaq məsləhətdir.

Portağal

Portağal qabığının içindən təbii diş məcunu kimi istifadə edilir. Həftədə bir neçə dəfə dişləri onunla fırçalamaq faydalıdır.

Alma sirkəsi və limon suyu

Dişlərin ağardılmasında faydalı olan alma sirkəsi və limon suyu tez-tez istifadə olunduqda diş minasına zərər verir və çürüklərin yaranmasını daha da sürətləndirir. Bu səbəbdən də diqqətli şəkildə istifadə olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Livanda iğtişaşlar başlayıb

Sonrakı məqalə

“Lazım olan bütün vaksinlər ən tanınmış şirkətlərdən alınır” –