Diyetoloqu əvəz edən süni intellekt- Qadınlar ChatGPT ilə 7-10 kilo arıqlayır

Diyeta
Diyeta

Süni intellekt texnologiyası arıqlama sahəsində də inqilab edir. AzPost bildirir ki, qadınlar son zamanlar diyetoloq yerinə ChatGPT-dən istifadə etməyə başlayıblar və bu üsul sosial şəbəkələrdə geniş yayılıb. “Daily Mail” nəşrinin məlumatına görə, ChatGPT pəhriz planlaşdırmaq, kaloriləri hesablamaq və hətta soyuducunun içindəkiləri təhlil etməkdə effektiv vasitəyə çevrilib.

Bu trendlə bağlı ən diqqətçəkən nümunələrdən biri 400 min izləyicisi olan isveçrəli bloqer Kristina Geyceanudur. O bildirib ki, hər gün ChatGPT-yə səsli mesajlar göndərərək nə yediyini və hədəflədiyi kalori miqdarını qeyd edirdi. Bir müddət sonra süni intellekt onun qida üstünlüklərini “öyrəndi” və sevdiyi məhsulları — məsələn, qatıq və çörək — avtomatik pəhriz siyahısına daxil etməyə başladı.

Kristina əlavə edib ki, sadəcə soyuducusunun şəklini yükləyib ChatGPT-dən balanslı qidalanma təklifləri almaq mümkündür. “Əvvəlki pəhrizlərdə başım kalori hesablamalarına qarışırdı, stress keçirirdim. İndi isə sadəcə məqsədimə çatanda dayanıb rahatlayıram. Bu üsul heç vaxt diyet kimi hiss olunmurdu və məhz bu səbəbdən uğurlu oldu”, – deyə o bildirib.

Bir çox istifadəçi də bu metodu sınaqdan keçirərək öz təcrübələrini bölüşüb:
– “ChatGPT menstruasiya dövrümə uyğun pəhriz yaratdı – möhtəşəmdir!”
– “İnsulinə qarşı müqavimətim olsa da, bu üsulla 10 kilo verdim.”
– “Süni intellekt hormonlarımı balanslaşdırmağa və maddələr mübadiləsini tənzimləməyə kömək etdi.”

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.