Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

DMT maddəsi insult zamanı beyin zədələnməsini azalda bilər

Orkhan Ali 27 Oktyabr 2025 - 12:24 (Last updated: 27 Oktyabr 2025 - 08:07)
1

Macarıstanlı alimlər müəyyən ediblər ki, bir çox bitki və heyvanlarda təbii şəkildə mövcud olan dimetiltriptamin (DMT) maddəsi insultdan sonra beynin zədələnmə səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər. AzPost xəbər verir ki, araşdırma Science Advances jurnalında dərc olunub.

Tədqiqatçılar bildirirlər ki, DMT həm laboratoriya şəraitində, həm də heyvanlar üzərində aparılan sınaqlarda yüksək effektivlik göstərib. İnsult keçirən siçovullarda bu maddə ilə müalicə nəticəsində beyin toxumasındakı zədələnmə və şişkinlik xeyli azalıb.

Alimlərin sözlərinə görə, DMT-nin əsas təsir mexanizmi beynin qoruyucu baryeri sayılan qematoensefalik baryerin bütövlüyünü bərpa etməkdir. Bu baryer zədələnəndə iltihab və hüceyrə itkisi artır, lakin DMT bu prosesi zəiflədir və beyin toxumasını qoruyur.

Maddə eyni zamanda iltihab yaradan molekulların yaranmasını azaldır və beynin immun hüceyrələrinin həddindən artıq aktivləşməsinin qarşısını alır. Bu təsirlər birlikdə beyin zədələnməsinin miqyasını azaldır və sağalma prosesini sürətləndirir.

Hazırda DMT maddəsinin insanlarda insultdan sonra beyin funksiyalarının bərpasına təsirini qiymətləndirmək üçün klinik sınaqlar davam edir. Alimlər ümid edirlər ki, bu təbii birləşmə gələcəkdə insult müalicəsində yeni bir mərhələ başlada bilər.

AzPost.az

Post navigation

Previous: Bir ədəd avokado yuxu keyfiyyətini artıra bilər
Next: Pekan yoxsa qoz: hansı daha faydalıdır və dad baxımından fərqi nədir?

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
Şuşa şəhərinin işğaldan azad edilməsinin 6 ili tamam olur. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum...
Read more about Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur
Azərbaycanda Zəfər Günüdür ilham zefer plakat
  • Baş Yazı

Azərbaycanda Zəfər Günüdür

User 08 Noyabr 2026 - 00:18
Ərdoğan sabah Qarabağa gəlir erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02
Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.