Microsoft şirkətinin yaradıcısı, milyarder-filantrop Bill Qeys pandemiya zamanı “sui-qəsd” nəzəriyyəsinin tərəfdarlarının hədəfinə çevrilməsindən heyrətlənib.
Azpost.info bildirir ki, biznesmen Röyter-ə müsahibəsində bu barədə danışıb.
COVİD-19 virusunun meydana çıxmasından sonra sosial şəbəkənin milyonlarla istifadəçisi bu virusun Bill Qeyts tərəfindən yaradıldığını iddia edərək “sui-qəsd” nəzəriyyəçilərini dəstəkləyib. İsitfadəçilərin fikrincə, Qeyts bununla vaksindən qazanc əldə edir və insanları nəzarətdə saxlamaq üçün onlara izləyici çiplər taxmağı planlaşdırır.
B.Qeyts bu iddialardan heyrətə gəlib: “Heç kim gözləmirdi ki, mən və doktor Fauçi belə bir kinli nəzəriyyənin hədəfinə düşəcəyik. Doğurdanmı insanlar buna inanırlar?”-deyə Qeyts vurğulayıb.
Pandemiyanın ilkin çağında Yahoo News-un 1640 insan arasında keçirdiyi sorğuya görə, amerikalıların 28 faizi hesab edir ki, Qeyts həqiqətən vaksindən mikroçip implantı qoymaq üçün vasitə kimi istifadə edir.
Qeytslə bağlı bu iddialar yayıldığı zaman onun xeyriyyə Fondu virusun qarşısının alınması üçün ən böyük töhfəsini verib. Fond virusla mübarizə, vaksin hazırlığı və müalicə formalarının tapılması üçün 1 milyard 750 milyon dollar pul ayırıb.