Doqquzuncu sinif şagirdi məktəbin 3-cü mərtəbəsindən yıxıldı –Binəqədidə

Bakıda IX sinifdə oxuyan qız 3-cü mərtəbədən yıxılıb.

Hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdə baş verib. Həmin məktəbdə IX sinifdə oxuyan qız 3-cü mərtəbədən yıxılaraq, ağır xəsarət alıb.

Məktəbli təcili xəstəxanaya aparılıb.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna verilən cavaba görə, Sulutəpə qəsəbəsində 313 nömrəli məktəbdə 15 yaşlı şagirdin hündürlükdən yıxılması barədə Təcili Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Stansiyadan verilən məlumata görə, yaralı sol budun aşağı 1/3-nin açıq sınığı diaqnozu ilə Respublika Kliniki Xəstəxanasına aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasının sədri həbs edilib –

Sonrakı məqalə

Saakaşvilinin Gürcüstanın Baş naziri postuna namizədliyi irəli sürülüb