Saakaşvilinin Gürcüstanın Baş naziri postuna namizədliyi irəli sürülüb

Gürcüstanın müxalif  “Güc birlikdədir” bloku sabiq prezident Mixeil Saakaşvilinin Baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Bu barədə Gürcüstanın əsas müxalif partiyası olan Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze məlumat verib.

O qeyd edib ki, birlikdə təmsil olunan bütün digər müxalif partiyalar M. Saakaşvilinin Gürcüstanın Baş naziri postuna namizəd kimi irəli sürülməsini dəstəkləyib və bu barədə artıq qərar qəbul edilib.

Qeyd edək ki, ötən gün sabiq prezident M. Saakaşvili bu gün Gürcüstana qayıdış planının detallarını açıqlayacağını bəyan edib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Doqquzuncu sinif şagirdi məktəbin 3-cü mərtəbəsindən yıxıldı –

Sonrakı məqalə

Pandemiya ilə əlaqədar bir çox ixtisaslarda keçid balı 30-40 bal aşağı düşə bilər –