Dörd Avropa ölkəsinin səfirləri İran XİN-ə çağırılıb

İran etirazçıları dəstəklədiklərinə görə Böyük Britaniya, Almaniya, Fransa və İtaliyanın Tehrandakı səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb.

Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən ölkələrin hökumətlərinin İranda baş verən etiraz aksiyalarını dəstəkləməsindən sonra səfirlərlə görüş keçirilib. Görüş zamanı İran rəsmiləri etirazçıların zorakı hərəkətlərini əks etdirən videosübutları təqdim edərək, bu aksiyaların dinc nümayişlər çərçivəsindən kənara çıxdığını vurğulayıblar.

Tehran səfirlərdən göstərilən görüntüləri birbaşa öz xarici işlər nazirlərinə çatdırmağı xahiş edib və hökumətlərini etirazçıları dəstəkləyən rəsmi bəyanatlarını geri götürməyə çağırıb.

Məlumatda qeyd olunub ki, İran nümayişlərə hər hansı siyasi və ya media dəstəyini qəbuledilməz hesab edir və bunu ölkənin daxili təhlükəsizliyinə müdaxilə kimi qiymətləndirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.