2020-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 3 613,2 mln. manat, xərcləri 3 330,2 mln. manat təşkil edib.
Bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən xəbər verir.
Dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,3%, xərcləri isə 12,1% artıb. Büdcənin icrasında 283 mln. manatlıq və ya ÜDM-in 2,25%-i qədər profisit yaranıb.
Qeyd edək ki, 2020-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 1 821,0 mln. manat, xərcləri 1 402,9 mln. manat təşkil edib və büdcənin icrasında 418,1 mln. manatlıq və ya ÜDM-in 6,4%-i qədər profisit yaranıb. (APA)