“LİDER” TV-nin fəaliyyəti dayandırıldı –Rəhbərlik kollektivə "sabah bağlanırıq" deyib

Azərbaycanın Lider TV kanalının yayımı gözlənilmədən kəsilib. Telekanalın efiri “Gecənin sehri” verilişi yayımlanarkən dayandırılıb.

Hazırda yayımın dayandırılmasının səbəbləri barədə məlumat verilmir. Qeyd edək ki, əvvəllər media kanalda ciddi maliyyə problemlərinin olduğu barədə dəfələrlə yazıb.

Televiziya şirkətinin əməkdaşları virtualaz.org-a bildiriblər ki, bir neçə saat əvvəl Lider TV rəhbərliyinin nümayəndələri kollektivin yaradıcı hissəsinə sabah televiziya kanalının fəaliyyətinin dayandırılacağı barədə xəbərdarlıq ediblər.

Onu da xatırladaq ki, Lider TV kanalı 2000-ci ildə yaradılıb. Rəhbəri Ədalət Əliyevdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev və ailəsi evdə çərşənbə tonqalı yandırdılar –

Sonrakı məqalə

Dövlət büdcəsinin icrasında 283 milyon manat artım yaranıb