Dövlət büdcəsinin icrasında 283 milyon manat artım yaranıb

2020-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 3 613,2 mln. manat, xərcləri 3 330,2 mln. manat təşkil edib.

Bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən xəbər verir.

Dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,3%, xərcləri isə 12,1% artıb.  Büdcənin icrasında 283 mln. manatlıq və ya ÜDM-in 2,25%-i qədər profisit yaranıb.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 1 821,0 mln. manat, xərcləri 1 402,9 mln. manat təşkil edib və büdcənin icrasında 418,1 mln. manatlıq və ya ÜDM-in 6,4%-i qədər profisit yaranıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“LİDER” TV-nin fəaliyyəti dayandırıldı –

Sonrakı məqalə

Mərkəzi Bank dolların rəsmi məzənnəsini açıqladı