Dövlət Gömrük Komitəsinin rəhbəri Naxçıvanda müşavirə keçirdi

Yanvarın 6-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə Naxçıvan Baş Gömrük İdarəsində xidməti müşavirə keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən APA-ya verilən xəbərə görə, görüşdə gömrük xidmətinin fəaliyyətinin müasir çağırışlara uyğun şəkildə qurulması, gömrük işinin səmərəliliyinin, şəffaflığın, vətəndaş məmnuniyyətinin artırılması, prosedurların rasionallığının təmin olunması, daha əlverişli biznes mühitinin yaradılması, gömrük hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi, bilikli kadrların potensialından səmərəli istifadə ilə bağlı konkret tapşırıq və tövsiyələr verilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.