Dövlət İmtahan Mərkəzi işçi axtarır

- MAAŞ
10 Fevral 2020 - 15:07

Dövlət İmtahan Mərkəzi (DİM) İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinə işçi qəbulu elan edib.

DİM-dən “Report”a verilən məlumat görə, vakant vəzifələr üzrə müsahibədə iştirak üçün müraciət edən namizədlər vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidirlər.

Vakant vəzifələr aşağıdakılardır:

Struktur bölmə: İnformasiyalaşdırma və texnoloji təminat şöbəsi

Vəzifənin adı: məsləhətçi

Aylıq vəzifə maaşı: 720 manat

Əsas qulluq funksiyaları:

1. DİM tərəfindən keçirilən imtahanların digər tədbirlərin təşkili və keçirilməsini təmin edən kompüter sisteminin proqram təminatının yaradılması, müşayəti və istismarı

2. səlahiyyətləri çərçivəsində daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi

3. rəhbərlik, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi

Vəzifənin tutulma şərtləri

Təhsilə dair tələblər: ali təhsil

İş stajına dair tələbi: tələb müəyyən edilmir

İT biliklərinə dair tələblər: proqram təminatının Microsoft Visual Studio .Net, Borland Delphi kimi integrə edilmiş işlənmə mühitləri, müvafiq proqramlaşdırma dilləri; məlumat bazalarının idarəetmə sistemləri (MS SQL Server, Oracle), Transact SQL, Oracle SQL dilləri.

Xarici dil biliklərinə dair tələblər: ingilis dili – yaxşı, rus dili – yaxşı.

Müraciət etmək istəyənlərdən müraciət formasını buradan yükləyib tam dolduraraq 2020-ci il fevralın 29-dək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır). Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.