Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Dövlət qulluqçuları siyasi partiya üzvü ola bilməz” –

User 23 Noyabr 2022 - 12:43 (Last updated: 21 May 2025 - 20:15)
qudret hesenquliyev

“Siyasi partiyalar haqqında qanun iki dəfə ictimai dinləmədə müzakirə edilib, kifayət qədər təkliflər irəli sürülüb. Bir sıra təkliflər nəzərə alınıb və layihədə var. Ancaq bəzi məsələlər qaldırmışdım və onlar nəzərə alınmayıb”.

Bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanunun birinci oxunuşda müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O, bəzi təkliflərini yenidən irəli sürüb: “Məsələn, 30.1-ci maddə olduğu kimi saxlanılıb. Halbuki bu, partiyaların üzərinə konkret öhdəliklər qoyur. Məsələ qaldırmışdım ki, dövlət qulluğunda olanlar siyasi partiya üzvü ola bilməz, amma burada dövlət qulluğunun xüsusi qulluqçuları nəzərə alınır. Mən hesab edirəm ki, dövlət qulluğunda olanlar siyasi partiya üzvü olmamalıdır.

Bundan başqa, 13 və 14-cü madələr qanun layihəsindən çıxarılmalıdır. Çünki burada faktiki, partiyanın necə idarə edilməsinə göstəriş verilir. Elə partiya var ki, həmsdərlik institutu ola bilər. Mən hesab edirəm ki, xırdalıqlara getmək düzgün deyil. Eləcə də, yerli təşkilatlar məsələsi olduqca vacibdir. Ölkə miqyasında partiya yaranırsa, heç olmnasa, 50 rayonda təşkilatı olmalıdır. Həm də partiyanın mərkəzi qərargahının paytaxtda olması vacib məsələdir”.

Qüdrət Həsənquliyev partiya üzvlərinin mobil telefonlarının daxil edilməsi məsələsinə də etiraz edib, bildirib ki, bu, hər kəsin şəxsi işi kimi götürülməlidir: “Partiyaların maliyyələşməsi məsələsinə də diqqət çəkmək istərdim. Xüsusilə, 25.2.2 maddədə ayrılan maliyyənin 40 faizinin siyasi partiyalar arasında bərabər bölünməsi təklif edilir. Niyə 40? Mən təklif edirəm ki, 60 faizi bölünsün, 30 faizi də kimin daha çox deputat yeri varsa, onların arasında bölünsün”.

BAXCP sədri, deputat Həsənquliyev qanun layihəsinin plenar iclasa çıxarılmasına səs verəcəyini bildirib, əlavə edib ki, qanunları qəbul edəndə ölkədəki ictimai münasibətlər nəzərə alınmalıdır.

Post navigation

Previous: “Dövlətin partiya fəaliyyətinə müdaxiləsinin qarşısı alınmalıdır” –
Next: İsrail Baş naziri Qüdsdəki partlayışla bağlı təcili iclas cağırdı

Oxşar xəbərlər

avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
pehriz
  • Sosial

Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları

User 01 Noyabr 2026 - 17:30
Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55

xƏBƏR

ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət...
Read more about Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.